Zəlzələ nəticəsində ölənlərin sayı artdı

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 min nəfəri ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, fevralın 6-da baş verən güclü zəlzələ 45 089 nəfərin ölümünə səbəb olub. Zəlzələ bölgəsindən isə 1 971 589 şəxs təxliyə edilib. 


Share: