Zəlzələ limanlardakı iş prosesinə təsir etməyib

Bu gün ölkə ərazisində baş vermiş zəlzələ limanlarda yük əməliyyatlarına, gəmilərin giriş-çıxışına və iş prosesinə təsir etməyib.

Bu haqda Müstəqil.Az-a Dövlət Liman və Dəniz Agentliyindən məlumat verilib.
Hazırda limanlarda iş prosesi gücləndirilmiş rejimdə həyata keçirilir.
DDLA-nın mütəxəssisləri də dəniz üzgüçülüyünün təhlükəszliyinin təmin olunması istiqamətində mütəmadi olaraq limanlarla məlumat mübadiləsi aparır və informasiyaları diqqətlə izləyir.

Share: