Zəkulla Bayramlının Təbrizdə kitabı nəşr olunub

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, füzulişünas alim, Zəki Bayram Yurdçunun (Zəkulla Bayramlı) Təbrizdə kitabı işıq üzü görüb. “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin rəhbəri olan Zəkulla Bayramlının “Mən səni neyləyim…” adlı şeirlər kitabı İranda fars əlifbası ilə nəşr olunub.

Kitabı çevirən Tanay Şərqidərəcəkdir. “Aydın kitab” nəşriyyatında yayımlanan kitab min nüsxə ilə çap edilib.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.Az

Share: