Zəka Vilayətoğlu “Bataqlıq” adlı yeni kitabını təqdim edəcək…

Sevilən sənətçi, eyni zamanda yazıçı kimi tanınan Zəka Vilayətoğlunun yeni kitabı çapdan çıxıb.

Bataqlıq” adlı bu kitab müəllifin sayca 7-ci kitabıdır.

Müstəqil.Az xəbər verir ki, yeni kitabına, müəllifin müxtəlif illərdə qələmə aldığı povest və hekayələri daxil edilib. Yüksək koloritli bədii dillə qələmə alınan bu nəsr əsərlərində canlı həyat lövhələri, müxtəlif tipli insanların peşəkarlıqla sərgilənən xarakterləri oxucunu həyəcanlandıra və uzun müddət öz təsirində saxlaya bilir.

İnanırıq ki, Zəka Vilayətoğlunun, müəllifi olduğu başqa kitablar kimi, “Bataqlıq” adlı bu nəsr kitabı da oxucular tərəfindən maraqla qarşılanacaq və sevilə-sevilə oxunacaq.

Qeyd edək ki, yeni kitabın təqdimat və imza günü 23 iyun saat 14:00-da“Kitabevim.az”da olacaq.

Bütün kitabsevərlər dəvətlidir.

Share: