“Zəfər nəğmələri” Təbrizdə…

Müstəqil.az xəbər verir ki ,tanınmış şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident və Beynəlxalq Rəsul Rza mükafatçısı Şahnaz Şahinin “Zəfər nəğmələri” kitabı Türkiyədən sonra Güney Azərbaycanda, Təbrizin “Şahmat” nəşriyyatında işıq üzü gördü.
Kitabda şairin eyni adlı poeması, vətənpərvərlik ruhunda yazılmış şeirləri və 44 günlük savaşa həsr olunmuş esseləri yer alır.
Kitabı çapa Əli Aslani hazırlayıb.

Share: