Zəfər Günü bulvarda bayram konserti və atəşfəşanlıq olacaq

Bakı şəhərində Dənizkənarı Milli Parkda Zəfər Günü ilə bağlı noyabrın 8-də təşkil ediləcək bayram konsertinə hazırlıq işləri aparılır.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Milli Parkda yerləşən “Saat qülləsi” yaxınlığında konsertlə əlaqədar səhnə quraşdırılır.

Konsert proqramının noyabrın 8-də saat 19.00-da başlanacağı, saat 20.00-da isə atəşfəşanlığın olacağı bildirilib.


Share: