“Yuventus” İtaliya A Seriyasından uzaqlaşdırıla bilər

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

İtaliyanın “Yuventus” futbol klubu maliyyə fırıldaqçılığına görə ölkə çempionatının yüksək divizionundan (A seriyası – red.) kənarlaşdırıla bilər.

Bu açıqlama ilə italiyalı vəkil Mattia Qrassani çıxış edib.

“Bu, “Yuventus”un öz tarixində məruz qaldığı ən ağır və ən ciddi istintaqdır, bəlkə də, 2006-cı ildəki istintaqdan daha ciddidir. “Yuventus” nəinki cərimə ilə cəzalandırılma riskini daşıyır, qanuna görə, bu, çempionatdan qovulmağa və aşağı liqaya düşməyə səbəb ola bilər”, – deyə vəkil M.Qrassani vurğulayıb.

Noyabrın 29-da “Yuventus”un direktorlar şurasının əksəriyyəti, o cümlədən prezident Andrea Anelli və vitse-prezident Pavel Nedved istefa vermək qərarına gəliblər.

Dekabrın 1-də Turin prokurorluğu Annellinin məhkəməyə verilməsi üçün çağırış vərəqəsi hazırlayıb.

O və digər liderlər “Yuventus”un maliyyə idarəçiliyində pozuntularda şübhəli bilinirlər.

İstintaq xüsusilə, 2018-2021-ci illərdə “Yuventus”da oynamış portuqaliyalı hücumçu Kriştianu Ronaldu da daxil olmaqla, səhv maliyyə məlumatlarının təqdim edilməsi, fırıldaqçılıq və şişirdilmiş oyunçu alışı məbləğləri ilə bağlı olub.

Mənbə: Repubblica

Share: