“Yuventus” avrokuboklardan kənarlaşdırıla bilər

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdıra bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb

Bildirilib ki, UEFA  “Yuventus”un hələ də Super Liqa layihəsindən imtina etməsini gözləyir. Bundan başqa, Turin təmsilçisinin yeni rəhbərləri UEFA-nın prezidenti Aleksandr Çeferinlə əlaqə saxlamır. 

“Yuventus”un avrokuboklarda taleyinə təsir edə biləcək digər mühüm amil maliyyə saxtakarlığıdır. İtaliyadakı son qərarla “Yuventus” 10 xal silinərək, A Seriyasında 7-ci yerə düşüb.


Share: