Yunus Oğuzun “Attila” pyesi Qırğızıstanda tamaşaya qoyulur

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Attila” pyesi Qırğızıstanın Oş şəhərində Babul Dram Teatrında səhnəyə qoyulur.

Müstəqil.Az Olaylar.az -a istinad edərək xəbər verir ki, artıq tamaşanın məşqləri başlayıb.
Qeyd edək ki, “Attila” pyesində 434-453-cü illərdə dünyaya meydan oxuyan Hun imperatorluğunun hökmdarı,  Asiyada Volqa çayından, Avropada Reyn çayınadək böyük bir ərazidə xalqları özünə tabe etdirməyi bacarmış böyük dövlət adamı Attiladan bəhs edilir.

Müstəqil.Az

Share: