Yüngül mühərrikli təyyarə hipermarketin üstünə düşdü: Ölənlər var – VİDEO

Ukraynanın Odessa şəhərində yüngül mühərrikli təyyarənin hipermarketə çırpılması nəticəsində iki nəfər ölüb.

Nv.ua bu barədə vilayət polisinin məlumatına istinadla xəbər yayıb.

Təyyarədə olan iki nəfərdən birinin hadisə zamanı, digərinin isə xəstəxanada öldüyü bildirilir.

Təyyarə hipermarketin yaxınlığında yerləşən aeroportdan havaya qalxandan dərhal sonra qəzaya uğrayıb.

Share: