Yunanıstanın səfiri Türkiyə XİN-ə çağırıldı

Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan Yunanıstanın Ankaradakı səfirindən adalardakı qanun pozuntularına son qoyulması və qeyri-hərbi statusun bərpası tələb olunub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Yunanıstanın Midilli və Sakız adalarına ABŞ zirehli texnikası yerləşdirməsinə qarşı rəsmi Afina və Vaşinqtona etiraz edib.

Türkiyənin ABŞ-a verdiyi etiraz notasında Şərqi Egey adalarının statusuna hörmətlə yanaşmağı və silahların statusun pozulması üçün istifadə olunmaması ilə bağlı tədbir görülməsi tələb edilib.


Share: