Yunanıstanda tətillər nəticə vermədi: İş saatları xeyli artırıldı

Yunanıstanda etirazlara və tətillərə gətirib çıxaran iş saatlarının artırılması ilə bağlı dəyişikliklər qəbul edilib.

Ölkədə iş vaxtının gündə 13 saata qədər artırılmasını nəzərdə tutan qanun layihəsi parlament tərəfindən təsdiqlənib. 

Xatırladaq ki, Yunanıstanda ictimai nəqliyyatdan ictimai qurumlara qədər bir çox sahədə bununla bağlı ümumi tətillər keçirilib. Ölkənin hər yerində etiraz aksiyaları, mitinqlər təşkil edilib.

Buna baxmayaraq, Yunanıstanın inkişaf və investisiya naziri Adonis Georgiadisin parlamentə təqdim etdiyi mübahisəli qanun layihəsi təsdiqlənib.

Dəyişikliklərə əsasən, gündəlik iş vaxtı 13 saata, həftəlik iş vaxtı isə 78 saata çatdırılır. Həmçinin istirahət günü olan bazar günlərində də iş fəaliyyəti dəyişikliklər sırasındadır.

Share: