Yunanıstanda qatar qəzasına görə etirazlar başladı

Yunanıstan parlamentinin yaxınlığında minlərlə adamın iştirakı ilə mitinq keçirilir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, mitinqə səbəb martın 1-nə keçən gecə Larisa şəhəri yaxınlığında 57 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən qatar qəzasıdır.

Etirazçılar bu faciənin qarşısını ala biləcək rəsmilərin səhlənkarlığından hiddətləndiyini ifadə ediblər.


Share: