Yunan tələbələr Ersin Tatara hücum etdi — Video

Böyük Britaniyada səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara hücum olunub. 

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə paytaxt Londonda qeydə alınıb. 

Bildirilib ki, o,  Kral Kollecində keçirilən konfransa gedərkən yunan tələbələrin hücumuna məruz qalıb.

Tələbələr Ersin Tatarın avtomobilinin qarşısını kəsməyə cəhd edib.


Share: