YSK sədrindən yeni açıqlama — Yenilənir

“Ümumilikdə səslərin 69,12%-i hesablanıb”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlaması zamanı deyib.

Yener bildirib ki, Prezident və Parlament seçkiləri çərçivəsində ölkə daxilində verilən səslərin 71,64%, xaricdə verilənlərin isə 18,76%-i sayılıb.

“Sistemə məlumatların daxil edilməsi davam edir. Siyasi partiya nümayəndələri də məlumatların daxil edilməsinə nəzarət edirlər. Hazırda heç bir fasilə yoxdur. Yaxın saatlarda bütün seçki nəticələrini açıqlayacağıq”.

***

Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener açılan sandıqların faiz göstəriciləri ilə bağlı yeni məlumat verib.

Onun sözlərinə görə, ölkə daxilində 89,7 faiz sandıqlar açılıb. Ölkə xaricində isə açılan sandıqların sayı 30,8 faiz təşkil edir. 

***

Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 91,93 faizi sayılıb.

Bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener bildirib.

Yener prezident seçkilərinin ikinci turunun olub-olmayacağı ilə bağlı suala cavabında isə hazırda bu istiqamətdə məlumat topladıqlarını deyib.


Share: