YouTube Rusiya KİV-lərinin kanallarını təcili sürətdə bloklayır

“YouTube” təcili sürətdə bütün dünyada Rusiya dövləti tərəfindən maliyyələşdirilən media kanallarını blokladığını bildirib.

Bu barədə “RİA Novosti” xəbər verir.

Şirkət həmçinin bildirib ki, hostinq siyasətini pozduğuna görə Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı” ilə bağlı paylaşımlar da siləcək: “Bizim prinsiplərimiz zorakılıq hadisələrini inkar edən, əhəmiyyətsizləşdirən, cılızlaşdıran paylaşımları qadağan edir. Hazırda biz siyasətimizə zidd olan Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı paylaşımları silirik.

Müvafiq olaraq, biz həmçinin bütün dünyada, o cümlədən Avropada Rusiya dövlətinə məxsus KİV-lərin kanallara girişi bloklayırıq. Bu dəyişikliklər dərhal tətbiq olunur və sistemlərimizin bərpası üçün vaxt tələb olunacaq”.

Müstəqil.Az

Share: