Yoluxma sayı 610 milyonu keçdi: Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 610,011,461 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 6,502,956 xəstə ölüb, 586,574,502 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (96,616,505), Hindistan (44,456,535 nəfər), Fransa (34,579,843 nəfər), Braziliya (34,515,431 nəfər) və Almaniyadır (32,247,828 nəfər).

Sərhəd qonşularımız arasında Rusiyada 19,681,381, Türkiyədə 16,751,868, İranda 7,531,924, Gürcüstanda 1,735,682, Ermənistanda isə 434,398 nəfərdə koronavirus aşkar edilib.

Azərbaycanda koronavirusa yoluxan 814,435 nəfərin 9,813-i ölüb, 801,276 xəstə müalicə olunaraq sağalıb.

Share: