Yığmamız belə uduzdu – 0:20

2018-ci ildə Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələr arasında Yay Olimpiya  Oyunlarının  futzal üzrə  təsnifat oyunları keçirilir.
Müstəqil.az “Qaynarinfo” ya istinadən xəbər verir ki, Azərbaycanın U-17 yığması təsnifat turnirində ikinci oyununu Rusiyaya qarşı keçirib.
Ruslan millimizi meydana çıxmağa peşman edib. 20 qolun vurulduğu oyunda komandamız 0:20 hesabı ilə uduzub. Millimiz ilk oyunda Slovakiyaya 0:12 hesabı ilə uduzmuşdu.
17 yaşadək qızlardan ibarət millimiz isə təsnifat turnirinin ikinci oyununda Portuqaliya ilə qarşılaşıb. Oyun portuqaliyalıların 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız ilk oyunda İtaliyaya 0:2 hesabı ilə uduzmuşdu.
 Müstəqil.az

Share: