“Yerli kibertəhlükəsizlik məhsulları xaricə ixrac ediləcək”

“Yerli mütəxəssislərin hazırlanması, Azərbaycanda kibertəhlükəsizliyin bir mədəniyyətə çevrilməsi ilə bağlı işlər həyata keçirilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Beynəlxalq Kibertəhlükəsizlik Günləri Konfransında iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müşaviri Şahin Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil almış gənclərin dəstəyi ilə yerli məhsullar hazırlanır:

“Strategiyada da təsbit olunduğu kimi, yerli məhsulların hazırlanması təşviq edilməlidir. Bununla bağlı Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təhsil almış gənclərin dəstəyi ilə yerli məhsullar hazırlanır. Önümüzdəki illərdə ölkədə müxtəllif şirkətlərdə, təşkilatlarda tətbiqini görəcəyik. Daha sonra isə biz bu məhsulları xaricə ixrac edəcəyik”.

Ş.Əliyev əlavə edib ki, burada söhbət kibertəhlükəsizlik əsasında məhsulların, proqram təminatının yaradılmasından gedir.

Onun sözlərinə görə, məsələ hələ ki başlanğıc mərhələsindədir.

Gülnar Əliyeva


Share: