Yer kürəsinin məhv olacağı tarix: 18 gündən sonra…

Bu ilin noyabrın 19-da dünyanın sonu baş verəcək.
Müstəqil.Az axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə məşhur numeroloq Devid Mid çıxış edib.
Mid bundan öncə insanlığın sonunun sentyabrın 23-də baş verəcəyini iddia etsə də, onun təxminləri doğru çıxmayıb. Özünə haqq qazandırmaq üçün numeroloq əslində sentyabrda insanlığın süqut tarixinin başladığını bildirib:
“Sentyabrda insanlığın süqutu başlayıb. Bizim dünya dağılıb, amma biz sadəcə bunu görmürük”.
Ezoterik elminin bəzi nümayəndələri artıq Midin bu açıqlaması ilə tamamilə razı olduğunu bildiriblər. Onların fikrincə, Yeri Nibiru adlandırılan X-planet məhv edəcək.
Müstəqil.Az

Share: