Yenicə ailə quran 18 yaşlı qız faciəvi şəkildə vəfat etdi

Bakıda 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə sentyabrın 19-da qeydə alınıb. Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8-ci mərtəbədən yerə yıxılaraq ölüb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bildirilir ki, S.Bəkdəmirova bir neçə ay əvvəl ailə həyatı qurub və həmin mənzildə yaşamağa başlayıbmış.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza


Share: