Yeni Zelandiyada gəmilərlə mal-qara daşınmayacaq

Yeni Zelandiya iki il davam edən mal-qara ixracının mərhələli şəkildə dayandırılması vədinə əməl edir.

 

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, 2022-ci ildə xəzinəyə 325 milyon dollar gəliri təmin edən mal-qara daşıyıcılarının bu qərarı bir neçə gəminin batması, dənizçilərin və heyvanların ölməsi hallarını əsas gətirən heyvan hüquqlarını müdafiə edən təşkilatların etirazları ilə bağlıdır.

Ölkənin kənd təsərrüfatı nazirliyindən bildirilib ki, Dubayın “Mira Shipping” gəmiçilik şirkətinə məxsus “Dareen” (7285 ton dedveyt) gəmisi Yeni Zelandiya limanından mal-qara ilə səfərə çıxan sonuncu gəmi olacaq.  Heyvanların ixracına dair rəsmi qadağa aprelin 30-dan qüvvəyə minəcək, lakin nazirlik əmin edib ki, bu gəmidən sonra başqa ixrac lisenziyası verilməyib.

Panama bayrağı altında üzən gəmi 1994-cü ildə tikilib və 7 min baş mal-qara daşımaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında “Gulf Livestock 1” gəmisi Yaponiya sahillərində fırtına zamanı batmış, 41 heyət üzvü və təxminən 6000 iri buynuzlu heyvan həlak olmuşdu.

 

Share: