“Yeni Müsavat” qəzeti – 28

Baş redaktor Rauf Arifoğlu “Yeni Müsavat” qəzetinin əməkdaşlarını və oxucularını sosial şəbəkə olan Facebook-da status yazaraq təbrik edib.

Müstəqil.Az həmin statusu təqdim edir:

 

“”Yeni Müsavat” qəzeti 28 yaşını tamamladı!

Bizə bu böyük missiyanı və milli xidməti rəva görən Allaha şükürlər olsun. Həyatında ən azı 1 dəfə Yeni Müsavat oxuyan hər kəsi təbrik edir, illərlə qəzetimizi oxuyan sadiq dostlarımızı isə qiyabən də olsa, bağrıma basıram! Yeni Müsavatçı qardaş-bacılarımı, bu möhtəşəm Söz Əsgərlərini qutlayıram! Sıralarımızda olub, haqq dünyasına köçənlərə Allah rəhmət etsin. Qalanlara, hansı kollektivdə çalışmalarından asılı olmayaraq,can sağlığı, uğurlar və bərəkətli ömür diləyirəm!

Yeni Müsavat günümüz mübarək!”

Müstəqil.Az

Share: