Yeni MİT rəhbəri Kalın kimdir? — Dosye

Xəbər verdiyimiz kimi, İbrahim Kalın Türkiyə Milli Kəşfiyyat İdarəsinə rəhbər təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, İ. Kalın 1971-ci il sentyabrın 15-də İstanbul şəhərində anadan olub.

O, 2012-ci ildə Baş nazir müşavirinin müavini vəzifəsinə təyin edilib. Rəcəb Tayyib Ərdoğanın prezidentliyinin ilk dövrlərində Prezident Administrasiyasının baş katibinin müavini vəzifəsini icra edib. 2014-cü ildə isə prezidentin sözçüsü təyin edilib və indiyə kimi də bu vəzifədə çalışıb.

O, uzun illər fəlsəfə, islam düşüncəsi və islam fəlsəfəsi üzrə tədqiqatlar aparıb. Hətta Toşihiko İzutsunun “İslamda varlıq düşüncəsi” kitabı və  “Mürşidin məktubları” kitablarını türk dilinə tərcümə edib. Kalın “İslam və Qərb” kitabına görə Türkiyə Yazarlar Birliyi Fikir Mükafatını qazanıb.  

İ. Kalın ingilis, fars, ərəb və fransız dillərini bilir. Ailəlidir, 3 övladı var.


Share: