Faiq Balabəylininin böyük şair-ədəbiyyatşünas Ayaz Vəfalı haqda yazısına Əlirza HƏSRƏT münasibət bildirdi

“Ədəbiyyat qəzeti” ən çox oxuduğum və sevdiyim ədəbi orqanlardan biridir. Bu qəzetin 8 aprel 2023-cü il tarixli nömrəsində dənizçi-şair Faiq Balabəylini, hamının və Ədəbiyyatın çox sevdiyi böyük şair-ədəbiyyatşünas Ayaz Vəfalının doğum gününə həsr olunmuş məqaləsi məni həm sevindirdi,həm də çox kövrəltdi.Sağlığında dəyərini alan, qiymətləndirilən insanların varlığından ürəyimcə zövq alıram.

Ayaz Vəfalıyla və Faiq Ballabəyliylə tanışlığımın eyni yaşıd olduğuna yanılmıram.
Məncə, Faiq Balabəyli Azərbaycanda yeganə dənizçi-şairdir ki, onun gözəl poeziyası da, şəxsiyyəti də hamının, yəni şairlər və dənizçilər, aktyorlar və müğənnilər, bütün sadə zəhmət adamları tərəfindən ehtiramla sevilir, dəyərləndirilir. O, əlbəttə ki,  buna da layiqdir. F.Balabəyli sevildiyi qədər də dostcanlı, dənizcanlı, “kənizcanlı”, poeziyacanlı istedadlı qələm sahibidir.
Şairin Xəzər kimi coşğunluğu da, sadəliyi də bütün şeirlərində özünü büruzə verir. Onun dənizə həsr etdiyi,
“Dəniz bir gözəl üzüdü,
Xaldı tənha adaları.
Dəniz xallı gözəl kimi,-
Hey aldadır adamları...” kimi gözəl şeirləri Böyük Ədəbiyyat sarayında şübhəsiz ki özünəməxsuz taxt-tac yiyəsidir. Faiqin dənizə həsr olunmuş şeirlərinin orijinal hisslərlə zənginliyi, lakonikliyi, səmimiliyi, həm təlatümlü, həm də sakit, romantik Xəzərin sinəsinə həkk olunmuş ən gözəl, ən sevdalı, ən şirin duzlu dəniz rəsmidir.
Bir 1 nəfər şəkili ola bilər
Elə mən də Faiq Balabəylini belə gözəl dəniz şeirləriylə, dəniz sevdasıyla tanımışam və sevmişəm…
Onun Ayaz Vəfalı haqda yazdığı bu yazısı da oxucu diqqətindən kənarda qalmır. Müəllif səmimi yazısı böyük şair-alim Ayaz Vəfalı şeiriyyətinin səmimiyyətindən, onun həyatının müxtəlif anlarının ifadəsi olan şeirlərindən bəhs edir və tanıdığımız insanı bizə daha yaxından tanıdır və sevdirir.
….”Ədəbiyyat qəzeti”nin Baş redaktoru alim-ədəbiyyatşünas Azər Turana, ömrünün müdrik baharını yaşayan ustad eloğlumuz, görkəmli şair Ayaz Vəfalıya həsr olunmuş bu gözəl sənət əsərinin yayımına şərait yaratdığına görə ürəkdən təşəkkür edirəm!
…Ayaz müəllimə verdiyin dəyərə görə sən də sağ ol, dəniz havalı,kəniz sevdalı,Azərbaycanda yeganə dənizçi-şair dostum Faiq Balabəyli!
Sevgilərlə,
Azərbaycan Yazışılar Birliyinin üzvü
Əlirza HƏSRƏT
Share: