“Ye, dua et, sev” kitabının müəllifi reaksiyalardan sonra kitabının nəşrini dayandırdı

“Ye, dua et, sev” kitabının müəllifi Elizabet Gilbert Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bu günlərdə gələn reaksiyalara görə yeni kitabı “Qar meşəsi”ni nəşr etməmək qərarına gəlib.


Kulis.az xəbər verir ki, Gilbert özünün İnstaqram hesabında bu barədə bir video yayımlayaraq qeyd edib:

“Ukraynalı oxucularımdan çoxlu tənqidlər aldım. Mövzudan asılı olmayaraq, Rusiyada istənilən nəşr etməcəyim kitaba görə qəzəb, kədər, məyusluq və acı ifadə etdilər. Daha heç nə demək istəmirəm”.

“Qar meşəsi” adlı romandakı hadisələr 20-ci əsrin ortalarında ucqar Sibirdə baş verir və 1930-cu illərdə sovet hökumətinə müqavimət göstərmək üçün cəmiyyətdən uzaqlaşan rus ailəsindən bəhs edir.

Qeyd edək ki, Amerikalı yazıçının yeni kitabının buraxılışı ötən həftə elan edilmişdi və 2024-cü il fevralın 13-də buraxılması planlaşdırılırdı. Bu tarix Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümünə təsadüf edir.

Kitabı öncədən sifariş edən hər kəsin pulu geri qaytarılacaq.

Gilbertin kitabın nəşrini dayandırmaq qərarı ukraynalılar tərəfindən müsbət qarşılanıb.

Share: