Yazıçı Elçin Hüseynbəyli Avropanın nüfuzlu mükafatına layiq görülüb

Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “VEKTOR” BEA-nın Şahmar Əkbərzadə adına beynəlxalq mükafatı növbəti namizədlərə təqdim olunub.

Mərasimdə professor Elçin İsgəndərzadə  tanınmış yazıçı, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyliyə Avropa Təbiət Elmləri Akademiyasının Azərbaycanda Ədəbiyyat üzrə  mükafatını təqdim edib. Qeyd edək ki, mükafat Azərbaycana ilk dəfə olaraq verilib.

Yazıçı Elçin Hüseynbəyli öz feyzbuk səhifəsində bildirib: “Bir zamanlar “Qaçaqlar” pyesini oxuduğumuz alman klassikinin adını daşıyan “Şiller medalı”nı adaşım, professor Elçin İsgəndərzadə təqdim elədi. Var olsun!”

Mina RƏŞİD

 

 

 

Share: