Yaxşıya yaxşı deyək və yaxud Məşhur Məmmədov haqda bilmədiklərimiz

Etiraf edim ki, çox vaxt bizneslə məşğul olan insanların yüksək savadlı olduqlarına şübhə ilə yanaşırdım. Elə fikirləşirdim ki, onların fikri-zikri elə pul qazanmaqdır.

Lakin bir neçə iş adamı ilə görüşüb, söhbət etməyim fikirlərimi alt-üst etdi. Nə qədər yanlış düşündüyümə görə özümü qınadım. Dünya miqyasında biznes quran iş adamlarının düşüncəsi, savadı da elə dünya çatında imiş.
Məşhur Məmmədovun adını çoxdan eşitmişdim. Əslən Masallıdan olduğunu da bilirdim. Heç bir yaxınlığımız olmasa da özümə yaxın biri təsiri bağışlayırdı. Bəlkə də həmyerli olduğumuzdan irəli gəlirdi. Mili Məclisə üzv seçiləndə ona marağım artdı. Düzü, fikirləşdim ki, imkanlarından istifadə edib seçilmək istəyir. Əslində burda da bir qəbahət yoxdu. Elə bütün dünyada seçici qrumlara imkanlı şəxslərin seçilməsi qəbul ediləndi.
Sonradan gördüyü işləri, fəaliyyətini izləməyə başladım. Onun həqiqətən təyin olunmuş deyil, xalq tərəfindən seçilmiş bir olduğunun şahidi oldum. Seçicilərin ümidini doğrultması, problemlərinin həllində yaxından iştirak etməsi məni bir masalılılı kimi sevindirdi. Və bu da onunla görüşüb, yaxından tanış olmaq istəyini yaratdı məndə. Zəngləşib danışdıq. Arzumu məmmuniyyətlə qəbul etdi. Vədələşib görüşdük. Düzünü deyim ki, Məşhur müəllimi bu qədər səmimi, sadə biri təsəvvür etmirdim. Elə fikirləşirdim ki, böyük biznesi olan, deputat ən azından iki-üç cangüdənlə gələcək. Onun sadə geyimdə, üzündə təbəssümlə gəlişi məni çaşdırdı. Çay süfrəsi arxasında səmimi söhbət etdik. Dünya şöhrətli bir iş adamının bu qədər təvazökar olduğunu gözləmirdim. Hər sahədə məlumatlı olan bu insanla tanışlıq məndə qürur hissi oyadırdı. Danışdlqca gözümdə böyüyür, əvvəlki fikirlərimi alt-üst edirdi…
Məşhur müəllimi fərqləndirən cəhətlərdən biri reallığı qəbul edib, vaxtında lazımi qərar çaxarmaq bacarığıdı. El-obasına, xalqına, dövlətinə xeyirli olmağı özünə borc bilir. Qurduğu biznes şəxsi olsa da hamının fayda götürməsi üçün yaratdığını deyir. Xalqa, dövlətə yararlı olduqca sevinir, daha ürəklə çalışır.
Azərbaycan təkcə təbii sərvətləri ilə deyil, dəyərli vətəndaşları ilə də qüdrətlidir. Çox təəssüflər olsun ki, gərgin zəhməti nəticəsində biznes quran oğullarımızda da bəziləri eyib axtarır. Əslində, məni bu yazını yazmağa sövq edən də Məşhur müəllim haqqında yayılan bir yazı oldu. Həmin üzdəniraq yazıda güya Məhşur müəllimin sərvətinin siyahısı verilmişdi. Azərbaycan yaradılmış Embovood şirkəti öz fəaliyyət dairəsini genişləndirib, bir çox xarici ölkələrdə filallarını yaradıb. Azərbaycanı yüksək səviyyədə təmsil etdiyinə görə Məşhur Məmmədova təşəkkür etmək lazımdır, sərvətini saymaq yox. Gəlin hər kəsdə eyib axtarmayaq. Yaxşılara YAXŞI deyək ki, daha əzmlə çalışsın.

Şərafəddin İlkin,
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

Share: