Yaxşı baxaq ki, yaxşı görək

Vəzifədən kənarlaşdıran hər kəs haqda mənfi rəylər yaymaq dəb halını alıb. Tanıdı, tanımadı elə “faktlar” göstərib, ittiham edirik ki, olmayan kimi. Bəzən bu nağıllara inandığıma görə özümü qınayıram da…

Əlbəttə, vəzifəsindən sui istifadə edib, göstərilən etimadı doğrultmayanlar saysızdı. Amma dövlətə, xalqa nümunəvi xidmət göstərənlər də var, axı. Hamıya “rüşfətxor”, “yarıtmaz”, “harın” deyib ittiham etmək də ədalətsizlikdir.
Bu yaxınlarda vəzifəsindən kənarlaşdırılan Gömrük Komitəsinin sədri Səfər Mehtiyevlə bağlı xoşagəlməz statuslarala çox rastlaşdıq. Kimisi onun sərvətinin sihayısını tirajladı, kimisi də tezliklə həbs olunacağını yazdı.
Bir Allah şahiddi ki, mənim S. Mehtiyevlə heç bir tanışlığım yoxdu. İndiyə kimi onunla heç qiyabi də olsa ünsiyyətim olmayıb. Amma etiraf etməliyəm ki,5-6 il bundan əvvəl İrandan kələndə Astara gömrüyündə bir problem yaşamışdım. Həmin problemlə bağlı Səfər Mehtiyevə şikayət məktubu yazdım. Operativ olaraq məsələyə reaksiya verildi və düzgün həllini tapdı. Düzü, Azərbaycanda belə bir qrumun operativliyinə, məsələyə həssas yanaşmasına inanmırdım. Haqqı danmaq, yaxşıya pis demək xarakterimə zidd olduğundan əsassız yayılan “faktların” qarşısına Əlahəzrət faktı göstərməyi özümə borc bildim.
S. Mehtiyev gömrükdə bir çox neqativ halların aradan qaldırılmasına nail olan şəxsdir. Çox təəssüflər olsun ki, Gömrük sahəsində də “beşinci kalon”un nümayəndələri var. Onların bu həssas qurumda mənfi rəy formalaşdırması açıq-aydın özünü göstərir.
Səfər Mehtiyev ən azından Azərbaycan övladıdır. Kifayıt qədər dövlətə, dövlətçiliyə xidmətləri də var. Gəlin hislərimizə qapılıb onun simasında süni bir məmur obrazı formalaşdırmayaq. Mən inanıram ki, Səfər Mehtiyevlə bağlı yayılan əsassız ittihamlara tezliklə aydınlıq gətiriləcək. Ən azından yaxşı baxaq ki, yaxşı görə bilək.

Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvi, prezident təqaüdçüsü.

Share: