“Yaxın günlərdə Rusiyadan yeni silahlar gözləyirik”

Yaxın zamanda Moskva Yerevana mövcud müqavilə əsasında yeni dəst silahlar yollamalıdır. Ermənistan prezidenti Sarj Sarkisyan RİA “Novosti”yə bildirib ki, imzalanmış 100 m ilyon dollarlıq yeni kredit sazişinin gerçəkləşdirilməsinə bütün dövlətlərarası razılaşmaların başa çatmasından sonra başlanacaq.

 

 

“Bu ilin sonuna kimi biz hələlik köhnə müqaviləni həyata keçirəcəyik. Yaxıln günlərdə yeni silah partiyasının göndərilməsini gözləyirik və ilin sonuna kimi əvvəlki müqavilə üzrə bütün sualları bağlayacağıq”, – Sarkisyan bildirib.

 

 

2015-ci ilin iyun ayında Rusiyanın Ermənistana 200 milyon dolar məbləğində ixracat kreditinin ayrılması barədə saziş imzalanıb. Həmin saziş çərçivəsində Rusiya istehsalı olan silah-sursatın alışı nəzərdə tutulub.

 

 

“Biz Yerevanda yeni müqavilə imzalamışıq və o, Rusiyada və Ermənistanda bütün instansiyalardan keçməlidir, sonra isə ratifikasiya olunmalı və yalnız bundan sonra proqramın həyata keçirilməsi üçün Rusiyadakı müvafiq istehsalçılarla işə başlamalıyıq. Təəssüf ki, bu işlər belə tezliklə başa gəlmir”, – Ermənistan prezidenti əlavə edib.

 

 

Sazişin şərtlərinə əsasən, Ermənistan alacağı silah-sursata görə onun məbləğinin 10%-ni ödəməlidir. Yerdə qalan 90% isə Rusiyanın təqdim etdiyi kreditin hesabına bağlanacaq. Kredit 15 il müddətinə illik 3% dərəcəsi ilə təqdim olunub. Ermənistan kredit vəsaitlərindən 2018-2022-ci illər ərzində yararlanmalıdır.

 

 

Müstəqil.Az

Share: