“Yaşayan şəhid” təqdim olundu – Audio

Müstəqil.Az xəbər verir ki, əsərin söz və musiqi müəllifi Aysel Kərimdir. Dueti Xalq artistləri Nəzakət Teymurova və Zabit Nəbizadə ifa edib.

Yaradıcılıq nümunəsinin ərsəyə gəlmə səbəbi qazilərimizə psixoloji dəstək və motivasiya ötürməkdən ibarətdir. Yaxın zamanda əsərin klip çəkilişlərinə başlanılacaq.

Qeyd edək ki, Aysel Kərim Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun rəhbəri olduğu “Accel” qrupun yaranmasında məqsəd Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı istiqamətində layihələr, elmi konfranslar, simpoziumlar, diskussiyalar, müsabiqələr, kütləvi tədbirlər keçirməkdir.

Share: