Yasamalda akademik Zərifə Əliyeva yad edildi

Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, sonra akademikin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirin əvvəlində dövlət himni səsləndirildi, Ulu Öndər Heydər Əliyev, akademik Zərifə Əliyeva və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Zərifə xanım Əliyeva haqqında film nümayiş olunub.

Tədbiri giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açıb. Sonra isə millət vəkili Emin Hacıyev, professor İradə Hüseynova, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov çıxış ediblər.

Tədbirin sonunda bir qrup ziyalı və elm xadiminə yubileyləri münasibətilə mükafatlar təqdim olunub.


Share: