Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

12:23

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının yayılmasının qarşısı alınıb.

12:08

Bakının Yasamal rayonu, “Nizami” metrosu yaxınlığında yerləşən binada yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, yanğın Balababa Məcidov küçəsindəki hündürmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Binanın doqquzuncu mərtəbəsində başlayan yanğının söndürülməsi istiqamətində iş aparılır.

Bizimlə əlaqə saxlayın

Share: