Yarımstansiyada yanğın – Lənkəran işıqsız qaldı

Lənkəranda baş verən yanğın ətraf əraziləri işıqsız qoyub.

“Report”un xəbərə görə, yanğın Lənkəran rayonunun Xanbulan kəndində yerləşən “Azərişıq” ASC-yə məxsus yarımstansiyada baş verib.

Belə ki, 35-10 kVt-lıq yüksək gərginlikli Daşdatük-Xanbulan elektrik verilişi xəttində qısaqapanma nəticəsində xətt qırılaraq 10 kVt gücündə olan paylayıcı qurğuların üzərinə düşüb, nəticədə iki transformatorun yağ açarları alışaraq güclü yanğına səbəb olub.

Yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğın lokallaşdırılıb. Baş vermiş qəza səbəbindən ətraf qəsəbə və kəndlərə elektrik verilişi kəsilib.

Share: