Yarım saata 255 şiş kabab yeyən qız …-VİDEO

Türkiyə KİV-nin verdiyi məlumata istinad edən Müstəqil.Az xəbər verir ki, Antaliya sakini Seren Yılmaz özünün doymayan mədəsi ilə türk restoranının sahibini mat qoyub. Yemək üçün müsabiqədə qız 23 dəqiqə içində 255 ət kababı yeyib, hətta qəlyanaltıdan da imtina etməyib. Təəccüblüsü odur ki, Serenin cəmi 44 kiloqram çəkisi var və bu səbəbdən müsabiqənin təşkilatçıları qızın qələbəsinə inanmayıblar, hətta onu stolun arxasında oturtmaq belə istəməyiblər.
Tələbə Seren Yılmazın bu yaxınlarda 21 yaşı tamam olub. Yerli restoran sürətli yemək müsabiqəsi elan edəndə, o qərara alıb ki, yarışda iştirak edib qısa vaxtda möhtəşəm kababı yeməyi bacara bilər.
Amma, yarış ərəfəsində təşkilatçılarla Seren arasında problem yaşanıb. Restoranın sahibi qızı qeydiyyata almaqdan imtina edib ki, bu çəlimsiz qız rəqabətə dözə bilməz.
Seren restoran sahibinin rəyi ilə razılaşmayıb və yarışda iştirak etməkdə israrlı olub.
Ofisiant Serenin qarşısına qoyduğu kababda ətin çəkisi 4 kiloqram olub və onun ətrafına yığışanlar bu arıq qızın sonadək dözəcəyinə şübhə ediblər.
Seren yarım saat tamam olmamış bütün kababları yeyib qurtarıb və birinci yeri tutub.
Qalib qızı yalnız şöhrət maraqlandırmırdı. Birinci yerə görə qız smartfon, qızıl bəzək və beş ay restoranda pulsuz yemək imkanı əldə edib.

Share: