YAR.YARI..YARIM SEVGİ, EŞQ NƏDİR Kİ?

…yəni. Göründüyü üzrə bizdə iki şəkildə ifadə olunur, ingilislərdə də “layk”-“loove” şəklində…
Qədim yunanlarda isə BU duyğunun 7 çeşidi-adı var, yəni təsnifləyiblər.
Geridə qalmış ölkələrdə, fərdlərdə ilkin variantı-şəkli ifadəsi var.;
EROS-VƏHŞİ EHTİRAS. Ehtiras-şəhvət bitincə, bitti hər şey..
Bu 7 şeşidə, sinfə ayrılan SEVGİ-EŞQ duyğusu anlayışı Platonun “Şölən” kimi tərcümə olunan “Simpoziu” əsərində təsbitini tapıb. Bir az bizim “Məclisüs-şüara”, “Məclisi-üns”ləri xatırladır…amma fərq onda ki, “Simpozium” nükəmməldi, müxtəlif-əks fikirlərin meydanıdı , azaddı, şərab içilir biri-biriylə mübahisə, dioloq məcrasında keçir…
Bizdəki adına “sevgi” dediyimiz isə ancaq iki çıxar (alver)-iki münasibət üzərinə qurulub..
Biri bədən ehtiyacı-çıxarı, Digəri maddi, yəni bağda ərik var idi, “salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı” kimi…bildiyimiz dildə desək.
.bunu dərk edəndən sonra ailələrin nəyin üzərində qurulduğunu, nədən dağıldığını, dağılmasa da ancaq nigah kağızlarında qaldığını anlaya bilərik.
1. ibtidaidi-eros (vəhşi ehtiras)..haqqında az da olsa, danışdıq
2…Praquma….indiki halıyla praqmatik, yəni bağda ərik məsələsi…
Bizdəki yuxarıda göstərdiyimiz ikisindən biridi və Yunanlar yaxşı çeşidləyiblər, yəni heç biri EŞQ deyil…gündəlik tələbat malları kimi bir şey…qalan 5 variantı haqqında ovqatıma uyğun olsa, danışarıq…
İndisə, dincəlmək istəyirəm, uyumaq dincəlmək deyil.
“Şölən”lə tanış olmadan öncə bir şeirim vardı, görüm xatırlaya bilirəmmi? Yox, yada sala bilmədim, amma o şeirdə bir yer vardı:
–Sənin mənə sevgin
cibim
və yataq otağının
kv/m qədərdi
…LAP YADIMDAN ÇIXMIŞDI, gərək söhbətimizin başında deyəydim, eybi yoxdur, özünüz fikrinizdə düzənləyin, necə istəsəniz…
YAR YARIN YARISIDI MƏSƏLİ VAR YA..bizdə şeirlər, poemalar-zad yazılıb, bu da yinan köpəkuşağında var…ax, bu yunanlar, yunanlar…
TANRI QADINLA KİŞİNİ BİR BƏDƏNDƏ YARATDI…sonra gördü ki, hər biri ayrı tərəfə-istiqamətə baxır…ona görə qəzəblənib qılıncıyla tən ortadan ikiyə ayırdı bədəni…
Guya o vaxtdan bəri yar öz YARISInı axtarmadadır…heç burası yadımdan çıxmışdı.
Share: