Yaqub Kərimi “Gəl,yalan danışaq” adlı ilk şeirlər kitabını təqdim edəcək….

Müstəqil.Az bildirir ki, gənc şair Yaqub Kəriminin “Gəl,yalan danışaq ” adlı yeni şeirlər kitabı işıq üzü görmüşdür.

Kitabda şairin müxtəlif illərdə qələmə aldığı şeirləri toplanmışdır.

Kitab  “Adiloğlu” nəşriyyatında çap olunub.

 

22 dekabr, 2019- cu il, saat 14:00-da  Yaqub Kəriminin “Gəl, yalan danışaq” adlı ilk şeirlər kitabının təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

Arzu edən hər kəs dəvətlidir.

Ünvan: “Milli hüquq evi” (Nərimanov metrosu yaxınlığı)

Hiss və duyğularını, daxili dünyasının təlatümlərini kitab şəklinə salan gənc şairi ilk uğuru münasibətilə təbrik edir,ona daha böyük yaradıcılıq uğurları arzulayırıq.

 

 

Aysel Səfərli

Müstəqil.Az

Share: