Yaponiyada studiya yandırıldı: 40 nəfər… – FOTO/VİDEO

Yaponiyanın Kioto şəhərində animasiya studiyasının üçmərtəbəli binasında yanğın baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli NHK telekanalı bildirib.

Hadisə nəticəsində təxminən 40 insan zərər çəkib, onlardan 10-nu ağır vəziyyətdədir. Xəbərə görə, hadisə şahidləri yanğından əvvəl partlayış səsini eşidibdilər.
“Kiodo” agentliyinin xəbərinə görə, yanğını bir nəfər törədib. Polis onun hadisəni benzin və ya kerosinlə törətməsindən şübhələnir.

Share: