Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Yaponiyada son 60 ilin ən güclü qasırğası – çox sayda ölü var – VİDEO

Dünən Yaponiyada 6 bölgədə təsirini göstərməyə başlayan “Haqibis” qasırğası nəticəsində 18 nəfər ölüb.

Müstəqil.Az xarici KİV-ə istinadla xəbər verir ki, rəsmi qurumlar 18 nəfərin də itkin düşdüyünü açıqlayıb.

Qasırğanın təsirinin yaxın saatlarda azalacağı və Yapon arxipelaqından uzaqlaşacağı gözlənilir.

Ötən gün qasırğanın saatda 180 km sürətə çatması Yaponiyanın Honşu adasında böyük fəsadlara səbəb olub. Paytaxt Tokio və ətraf ərazilərdə qatar və təyyarə reysləri bazar ertəsi gününə qədər ləğv edilib.

Oktyabrın 11-də Suzukada keçirilməsi planlaşdırılan Formula 1 Yaponiya Qran Prisi də təxirə salınıb.

Son 60 ilin ən şiddətli qasırğası olan “Haqibis”lə bağlı Tokio, Günma, Saitama, Kanaqava, Yamanaşi, Naqano və Şizuokada fövqəladə vəziyyət elan edilib.BAKU.WS

VİDEO

Share:

seo