Yaponiyada güclü zəlzələ, ölən və yaralananlar var

Yaponiyada 6,3 bal gücündə güclü zəlzələ baş verib.

“Qafqazinfo” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölkənin Sudzu bölgəsində iki ev qismən dağılıb.

Xilasedicilərin sözlərinə görə, bir neçə nəfər dağıntılar altında qalıb. 

Zəlzələ nəticəsində 1 nəfərin həlak olduğu, daha 2 nəfərin isə yaralandığı bildirilir.


Share: