Yaponiya Şimali Koreyanın iki ballistik raket atdığını bildirib

Şimali Koreya bazar ertəsi səhər iki naməlum ballistik raket buraxıb.

xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, hər iki raket artıq yerə düşüb.

Onların növləri haqqında hələ heç bir məlumat yoxdur, onlar təxminən beş dəqiqə havada olublar.

NHK bildirib ki, raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Şimali Koreya sonuncu dəfə yanvarın 14-də ballistik raket buraxmışdı.

Sonra hipersəs idarə olunan döyüş başlığına malik bərk yanacaqla işləyən raket sınaqdan keçirildi. Bundan sonra sualtı qayıq da daxil olmaqla bir neçə qanadlı raket sınağı aparıldı.

Share: