Yaponiya şahzadəsi DÇ-2022-yə baş çəkəcək

Yaponiya Futbol Assosiasiyasının fəxri himayədarı şahzadə Hisako 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatını izləmək üçün bu ölkəyə səfər edəcək.

Məlumata görə, o, noyabrın 27-də keçiriləcək Yaponiya – Kosta-Rika, eləcə də dekabrın 1-də baş tutacaq Yaponiya – İspaniya matçlarını izləyəcək.

Assosiasiyanın xahişi ilə şahzadə Yaponiya komandasının təlim-məşq toplanışına, yerli sosial quruma və muzeyə də baş çəkəcək.

Qeyd edək ki, fəxri imperator Akihitonun əmisi qızı olan şahzadənin səfəri Yaponiya imperator ailəsi üzvünün koronavirus pandemiyası fonunda ikinci xarici səfəri olacaq.

Xatırladaq ki, ilk səfər Kraliça II Elizabetin dəfn mərasimi ilə əlaqədar imperator Naruhito və imperatriça Masakonun Böyük Britaniyaya səfəri olub.

Mənbə: rossaprimavera.ru

Share: