Yaponiya Rusiya sərhədləri yaxınlığında hərbi fəaliyyətini gücləndirib

Yaponiyanın Rusiya sərhədləri yaxınlığında hərbi fəaliyyətini gücləndirməsi Moskvanı narahat edir.

-nın məlumata görə, bunu Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrev deyib.

“Bu, ilk növbədə Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin, eləcə də bəzi NATO ölkələrinin və Asiya-Sakit Okean bölgəsindəki digər Amerika müttəfiqlərinin iştirakı ilə ikitərəfli, çoxtərəfli formatlarda baş verir”, – deyə diplomat bildirib.

Rusiya sərhədləri yaxınlığında Yapon hərbi fəaliyyətinin aktivləşdirilməsi mövzusu, Nozdrevin Yaponiyada xidmət yerinə gəlməsi münasibətilə verdiyi ilk müsahibə olub.

Share: