Yaponiya Rusiya iş adamlarına və məmurlarına qarşı sanksiyalar tətbiq edib

Yaponiya hökuməti iş adamları və məmurlar da daxil olmaqla daha 20 rusiyalıya qarşı sanksiya tətbiq edib.

Müstəqil.Az xəbər verir ki, siyahı çərşənbə axşamı Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

O cümlədən, yeni sanksiya siyahısına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko, Rusiya prezidenti administrasiyası rəhbərinin müavini Dmitri Kozak və Çeçenistan rəhbəri Ramzan Kadırov daxildir.

Bundan başqa, siyahıya rusiyalı iş adamları, o cümlədən Rotenberq qardaşları, Gennadi Timçenko, Alışır Usmanov da daxildir.

Sanksiyalar həmçinin iki təşkilata – İnternet Araşdırmaları Agentliyinə və “Vagner”ə də tətbiq edilib.

Müstəqil.Az

 

Share: