Yanğın olan meşə əraziləri bərpa edilir — Fotolar

Şabran, Siyəzən, Quba, Xaçmaz, Qəbələ, Oğuz, Zaqatala rayonlarının yanğına məruz qalmış meşə fondu ərazilərində yanaraq bioloji inkişafdan dayanmış, yıxılmış quru ağaclar və kollar təşkil olunmuş müvafiq briqadalar tərəfindən təmizlənərək ərazidən daşınır. 

Bu barədə “Qafqazinfo”ya Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib. Onun sözlərinə görə, yanmış ərazilər təmizləndikdən sonra hazır vəziyyətə gətirilmiş sahələrdə payız ağacəkmə  mövsümündə yerli meşə təsərrüfatlarının tingliklərində yetişdirilmiş və tədarük edilmiş Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, uzunsaplaq palıd, şərq fıstığı tinglərindən və toxumlarından istifadə olunaraq meşəbərpa tədbirləri aparılacaq.

C.Qəribov qeyd edib ki, təbiət özünübərpa xüsusiyyətinə malik olduğundan bəzi yanmış meşə ərazilərimizdə təbii bərpa prosesi müşahidə olunur. Artıq Şabran rayonu ərazisində yanğına məruz qalmış meşə ərazisində təbii bərpa prosesi başlayıb.



Share: