“XXI əsr bacarıqları” üzrə Məktəblilərarası Olimpiada keçiriləcək — Fotolar

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi tərəfindən ötən il Azərbaycan təhsil aləmində bir yenilik kimi ilk dəfə təşkil olunan “XXI əsr bacarıqları” üzrə məktəblilərarası olimpiadanın ikinci dəfə təşkilinə start verilib.  

“QAfqazinfo” xəbər verir ki, olimpiada V-VI və VII-VIII sinif şagirdləri arasında olmaqla 2 kateqoriya üzrə keçiriləcəkdir. Olimpiadada Azərbaycan və rus bölməsi üzrə təhsil alan bütün şagirdlər iştirak edə bilərlər.

Nəzərinizə çatdıraq ki, olimpiadada iştirak etmək istəyən şagirdlərin 3 nəfərdən ibarət komanda şəklində müraciət etməsi nəzərdə tutulur. Komanda üzvləri eyni məktəbdə təhsil alan şagirdlərdən ibarət olmalıdır.

İki mərhələdən ibarət Olimpiadanın I mərhələsi 29 aprel, II mərhələsi isə 13 may tarixində keçiriləcəkdir. Müraciət üçün son tarix 8 apreldir.

Olimpiada haqqında ətraflı məlumat əldə etmək, həmçinin “Əsasnamə” ilə tanış olmaq üçün:

https://21century.edu.az/olimp/

Bundan əlavə XXI Əsr bacarıqları haqqında məlumat əldə etmək üçün məktəbin veb saytına keçid edə bilərsiniz:

https://21century.edu.az/az/about/21ciesrbacariqlari  

Bütün iştirakçılara öncədən müvəffəqiyyət arzulayırıq!

 


Share: