Xüsusi təyinatlı: 27-də bu cür hücuma keçdik

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Fərid Mirsəyyar oğlu Bağırov II Qarabağ müharibəsi zamanı aparılan əməliyyatlarla bağlı maraqlı məqamları açıqlayıb.

Müstəqil.Az Fərid Bağırovun döyüş əməliyyatları zamanı başına gələn hadisələri təqdim edir:

“Sentyabrın 27-də əks-hücum əməliyyatı ilk olaraq Ağdərə istiqamətində başladı. 40 dəqiqə artilleriya atışından sonra biz təmas döyüşünə keçdik. 3 gün ərzində Ömər, Canavar və DŞK postlarını düşməndən azad etdikdən sonra onları Quru Qoşunlarına təhvil verdik. Daha sonra isə əmrə əsasən düşərgəyə geri qayıtdıq. Senyabrın 30-dan oktyabrın 1-nə keçən gecə Lələtəpə yaxınlığındakı postu alaraq, Cəbrayıla daxil olduq. Biz bu rayonun kəndlərini bir-bir işğaldan azad edərək irəliləyirdik. Lakin Hadrut istiqamətində pusquya düşdük və mən topuğumdan snayperlə vuruldum. Yoldaşlarım orada ilkin tibbi yardım göstərdi və arxamca təxliyə qrupu yola düşdü. Lakin onlar ermənilərin atdığı minomyotla şəhid oldular və bu səbəbdən 1 sutka ərazidə yaralı vəziyyətdə, köməksiz qaldım. 1 sutka sonra öz maşınlarımızla məni Füzulidəki hospitala yerləşdirdilər”.

Müstəqil.Az 

Share: