Xoşbəxtlik, sənə qarşı  illər boyu bəslədiyim  EŞQin  bəhəridir…       

    Şəmsəttin Kuzəçi

 ETİRAF

Bilirdim:

İçimdə doğan

xoşbəxtlik

Sənə qarşı

illər boyu bəslədiyim

EŞQin

bəhəridir…

 

 BAHARSAN

Günəşin rəngi,

saçının telləridir…

Bahar rüzgarı,

eşqinin ahəngidir…

Gözünün yaşı,

dənizin dalğalarıdır…

Ulduzun parlaqlığı

göz bəbəyinin işığıdır.

Sevgilim…

Səni nə qədər anlatsam,

inanmazsan.

Sən, baharsan, bahar!

Bahar içində bahardan da gözəlsən!..

ÖLMƏYƏN SEVDA

Anladığım

doğru sevda,

bildiyim

təmiz eşq

doğulduğum gündən bəri

içimdə yaşar…

və ölüncəyədək

yaşar

Səninçün…

SƏN MƏNSƏN

Başa düşə bilmərəmmi

kim olduğunu?

Hardan gəldiyini,

niyə mənə inandığını?

– Səni özüm kimi tanıyıram;

Oxumuşam, anlamışam.

Çünki

sən mənsən,

Mən də Bakı…

  BOŞ HƏYAT

 

Aldanma,

İnsanoğlu!

Söyləmə:

“Həyat xoşdur…”

Əgər

iman olmazsa,

həyatda hər şey boşdur…

TORPAĞIM

Alıb Kərkükü   aparanlar,

yox edib

silmək istəyənlər

neftini yandırıb

qazını qurtarsınlar…

Suyunu qurudub

barını yesinlər.

Qalasını

Mostar kimi  Ecyaz misalı

qarsıb qovursunlar…

Yetər ki,

daşını,

torpağını

bizə versinlər!..

 

Azərbaycan türkcəsinə uyğunlaşdırma: Rəsmiyyə SABİR

Share: