Xırdalanda “Mercedes”lə toqquşan cip aşdı – FOTO

Bu gün səhər saatlarında Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, yol ayrıcındakı nişanın tələbinə əməl etməyən “Mercedes C Class” ilə “Nissan Patrol” markalı iki avtomobil toqquşub. Zərbənin gücündən “Nissan” aşıb.

Xoşbəxtlikdən ölən və ya ağır xəsarət alan olmayıb.

Hadisə yerinə polisə əməkdaşları gəlib və araşdırmaalra başlanılıb.

Share: