Xırdalan məktəbində Esmira Günəşin kitab təqdimatı keçirildi

 

İyunun 2-si Xırdalan şəhəri 3 saylı tam orta məktəbdə şairə Esmira Günəşin kitab təqdimatı keçirilib.

Tədbir şairənin bir çox kitabında yer alan Sumqayıt şəhidlərindən şəhid Ruslan Məmmədovun adını daşıyan sinifdə baş tutub. Tədbirdə məktəb kollektivi ilə yanaşı şəhidin anası Rəna xanım, qazi qardaşı Səyavuş Məmmədov və şairə Esmira Günəş iştirak ediblər. Tədbir şagirdlərin ifasında şairənin şeirlərinin və şəhidlərə həsr olunmuş musiqilərin ahəngi ilə davam edib. Sonda qonaqlardan məktəbin direktoru Məmmədəliyeva Sevinc, məktəbin ibtidai siniflər üzrə dərs hissə müdiri Nəsirova Aybəniz və Rəhimli Mahirə, təşkilat işləri üzrə direktor müavini Camalova Maxruq və şəhid Ruslan Məmmədovun adını daşıyan sinifin rəhbəri Süleymanova Şahanə müəllimə çıxış edərək şəhidlərimizin məqamından danışıb. Şagirdlərə uğurlar arzulayıb və şəhid ailəsinə səbr diləyiblər. Şairə Esmira Günəş isə öz çıxışı zamanı həm şəhidin anasına, həm də məktəbin kitabxana fondunda kitab hədiyyə edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar çay süfrəsinə dəvət olunublar. Qonaqlar məktəbdən ayrıldıqdan sonra birbaşa Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edərək 3c sinifi adından alınan gül bağlamasını şəhidin məzarına qoyublar. Xatırladaq ki, şəhid Ruslan Məmmədovun iyunun 6-sı doğum günüdür.

Share: